Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 22-si avtomobil yolları işçilərinin peşə bayramı günüdür.

23 fevral 2013 | 16:00

22 fevral 2013-cü il tarixdə Samux rayon İcra Hakimiyyətinin konfrans zalında   avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev,  İHB aparatı və  57 saylı  Samux Yol İstismarı  MMC-nin kollektivi iştirak etmişdir.
Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev peşə bayramları münasibəti ilə  avtomobil yolları işçilərini təbrik edərək, qeyd etmişdir ki, avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa öz töhfələrini verməklə, Azərbaycanda yol-nəqliyyat infrastrukturunun formalaşmasında da mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri də yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, bu proses rayon və kənd yollarını da əhatə edir.
Cənab başçı 57 saylı  Samux Yol İstismarı  MMC-nin kollektivinin rayonda  avtomobil yollarının təmiri və saxlanması istiqamətində gördükləri işlərə yüksək qiymət vermiş və onların nəinki  yol tikintisində, eyni zamanda rayonda aparılan bütün   tikinti-quruculuq işlərində yaxından iştirak etdiklərini vurğulamışdır.
57 saylı  Samux Yol İstismarı  MMC-nin rəisi Zakir Quliyev göstərilən diqqətə görə rayon icra hakimiyyətinin başçısına kollektiv adından dərin minnətdarlığını bildirmiş və gələcəkdə də qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəklərini qeyd etmişdir.
Tədbirin sonunda cənab Alı Qocayev tərəfindən Zakir Quliyevə  Fəxri Fərman, bir qrup işçiyə isə qiymətli hədiyyələr təqdim edilmişdir.

Keçidlər