Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti Başçısının rayonun Yenikənd kənd sakinləri ilə görüşü keçirildi.

19 yanvar 2016 | 16:00

Samux Rayon İcra Hakimiyyəti  Başçısının rayonun Yenikənd kənd  ictimaiyyəti ilə görüşü keçirilmişdir. Görüşdə Samux Rayon İcra Hakimiyyətinin  Başçısı cənab Alı Qocayev  çıxış edərək bütün dünyanı bürüyən iqtisadi böhranın ən güclü dövlətləri belə çətin vəziyyətə saldığı bir vaxtda ölkəmizdə bu böhrana qarşı həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən danışdı. Əlbətdə ki,  bu uğurlu siyasətin  davamlı olaraq həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artması hesabına başa gəldiyini vurğulayan icra hakimiyyətinin başçısı bu inkişafın Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam edəcəyini, hər bir ölkə vətəndaşı kimi hər bir rayon  sakinin də həyat şəratini və rifah-halını daha da yaxşılaşdıracağını əminliklə bildirdi.
Kənd  camahatı adından çıxış edən kənd bələdiyyəsi Hüseynov Hidayət göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirdi.

Keçidlər