Samux Rayon İcra Hakimiyyəti Başçısının rayon ictimaiyyəti ilə görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayevin rayon ictimaiyyəti ilə görüşü keçirilmişdir. Görüşdə Samux Rayon İcra Hakimiyyəti Başçısı cənab Alı Qocayev milli valyutanın devalvasiyası və bununla əlaqədar baş verən süni qiymət artımı halları haqqında danışdı, ölkə rəhbərliyinin, eləcə də rayon icra strukturlarının belə mənfi hallara qarşı həyata keçirdiyi qabaqlayıcı tədbirlər haqqında məlumat verdi. Rayonda kənd təsərrüfatı və sahibkarlığın daha da çox inkişaf etdirilməsi üçün xüsusi tapşırıqlarını verdi və süni qiymət artımına qarşı yaradılmış komissiyanın işlərinin davam etdirilməsini qeyd etdi.
Görüşə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar da dəvət olunmuşdu və onlarla yuxarıda qeyd olunan işlərlə bağlı geniş fikir mübadiləsi aparıldı.