Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda gənclərin növbəti həqiqi hərbi xidmətə yola salınma tdəbriri keçirildi.

07 yanvar 2016 | 16:00

07.01.2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi tərəfindən 2016-cı il yanvar çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınma mərasimi keçirilmişdir.Mərasim Heydər Əliyev adına parkda keçirildi ilk öncə qonaqlar və çağrışçılar ulu öndər Heydər Əliyevin büstünə gül qoyma və Heydər Əliyev muzeyinə baxış oldu.Sonra tədbiri açılış sözülə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin rəisi polkovnik-leytenant Nadir Şiriyev açdı.SHXÇDX-nın Samux rayon bölməsinin rəisi polkovnik-leytenant Nadir Şiriyev nitqində gənclərə Siz çox xoşbəxt gənclərsiz ,çünki Siz əsasını böyük dövlət xadimi,ümummilli liderimiz Heydər Əliyevin qoyduğu qüdrətli,güclü bir ordunun sıralarında xidmət edəcəksiniz .Sizi xidmətə yola salaraq ümid edirik ki,Vətənə əsgər olduqdan sora daim təcrübə və səriştənizi artıracaqsınız.Möhtərəm Prezidentimiz,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin döyüş əmirlərini yerinə yetirməyə hər an hazır olacaqsınız. Tədbirdə Çağırışçılara xeyir dua vermək üçün Samux rayon İcra Başçısı Alı Qocayevin adından Samux rayon İcra Başçısının 1-ci muavini Tahir Qarayev,Samux rayon Polis şöbəsinin rəisi polis polkovniki Akif Nəbiyev,Samux rayon Məhkəməsinin sədri Nizami Hümbətov,Samux rayon prokuroru Nürəddin Qasımov,21-ci əsrin milli qəhrəmanı Elton Xaləddin İsgəndərovun atası Xallədin İsgəndərov,Samux rayon Ağsaqqallar şurasının sədri Həmzə Həmzəyev,Samux rayon Qarabağ əlillər cəmiyyətinin sədri Mirzəmməd Orucov çıxış etdilər.Tədbir Samux rayon Mədəniyyət və Turizim idarəsini hazırladıqı bədii hissə ilə davam etdirildi və sonda çağrışçılar Dövlət bayrağına ehtiram və vətənpərvərlik müsiqi sədaları altında keçirilərək hərbi hissələrə yola salındılar

Keçidlər