Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı qeyd olundu.

30 dekabr 2015 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin dəstəyi, Samux rayon Heydər Əliyev Mərkəzi və Samux rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbyacanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olundu.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev, rayon rəsmiləri və qonaqlar iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Aygün Həsənzadə Samux Rayon Heydər Əliyev Mərkəzinin fəaliyyəti haqqında məlumat verdi və qonaqları bayram münasibətilə təbrik etdi.
Sonra sözü Samux Rayon İcra Başçısı Alı Qocayev çıxış edərək iştirakçıları bayram münasibətilə təbrik etdi və il ərzində öz uğurları ilə seçilən bir qrup rayon sakinlərini fəxri fəarmanlarla təltif etdi.
Qonaq qismində çıxış edən Gəncə Dövlət Universitetinin Dosenti Ziyafət Bayramova da çıxış etdi.
Daha sonra Samux rayon Sərkar kənd Musiqi Məktəbinin istedadlı gənclərinin çıxışları ilə tədbirin bədii hissəsi davam etdi.

Keçidlər