Samux rayonunda növbəti şahmat yarışı keçirildi.
29 dekabr 2015 | 16:00
26-30 dekabr 2015-ci il tarixində Samux rayon Uşaq-gənclər Şahmat məktəbində "Dünya azərbaycanlılarının Həmrəylik günü"nə həsr olunmuş şahmat turniri keçirilmişdir.Turnir İsveçrə sistemi üzrə A və B qrupunda 7 turdan ibarət olmuşdur. Turnirdə 100-dən artıq şahmatçı öz gücünü sınamışdır. Turnir chess-results.com sayıtında yayımlanmışdır. Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.