Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda yararsız elektrik dayaqları və naqillər dəyişdirilir

25 dekabr 2015 | 16:00

Samux rayonunun elektrik təsərrüfatında köklü şəkildə yenidənqurma işləri aparılır. SİP kabellər çəkilməklə smartkart tipli sayğacların quraşdırılmasına hazırlıq görülür. Həyata keçirilən tədbirlər əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etməyə şərait yaradır.

Samuxda elektrik təsərrüfatının yenilənməsinə təxminən bir ay əvvəl başlanılıb. İlkin olaraq rayon mərkəzində daxili küçələrə SİP kabellər çəkilib, metal dayaqlar basdırılıb. 21 ədəd yeni transformator quraşdırılıb. Hazırda Kür yolu adlanan yerdən Samux şəhərinə qədər ərazidə yüksək gərginlikli hava xətləri və beton dayaqlar yeniləri ilə əvəz olunur.

Aqil Hüseynov- Samux Elektrik Şəbəkəsinin baş mühəndisi: “Samux rayon əhalisini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün təmir- bərpa işləri aparılır. Yüksək gərginlikli dayaqlar yenisi ilə əvəz olunur. Həmçinin bir çox kəndlərdə SİP-ləşmə ilə bağlı iş aparılır. Əminliklə demək olar ki, bütün bu işlər əhalini fasiləsiz elektrik enerjisi ilə təchiz etməyə imkan yaradacaq”.

Samux şəhəri ilə paralel olaraq, Sərkar kəndində də elektrik xətləri SİP kebellərlə əvəz olunur. Yenidənqurma işləri tam başa çatdıqdan sonra abonentlər smartkart tipli elektron sayğaclarla təchiz ediləcək. Qeyd edək ki, Samux Elektrik Şəbəkəsi təxminən 14 min abonentə xidmət göstərir.

 

Keçidlər