Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda daha iki kəndə təbii qaz verildi

23 dekabr 2015 | 16:00

23 dekabr 2015-ci il tarixində Samux  rayonun Yenikənd və Lüksemburq kəndlərində təxminən 500 abonentin  təbii qazla təmin olunması üçün yeni çəkilmiş təbii qaz xəttinin acılış tədbiri keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev, Samux rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri və kənd sakinləri iştirak etmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Alı Qocayev  ilk öncə kəndə verilən təbii qaz münasibətilə kənd əhalisini təbrik etmiş, son illər rayonda icra olunan irimiqyaslı layihələrdən, bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən geniş çıxış etmişdir.
Azəriqazın Gəncə şəhər regional şöbəsinin Baş mühəndisi Azər Bayramov daha sonra  çıxış edərək yeni abonentlərə təbii qazdan səmərili və təhlükəsizlik qaydalarına riayyət etməklə  istifadə etmələrini vurğuladı.
Kənd sakinləri adından Baxşəliyev Faxrəddin göstərilən bu diqqət vəı qayğıya görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlığını bildirdi.

Keçidlər