Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda növbəti ağacəkmə kompaniyası keçirildi

23 dekabr 2015 | 16:00

Samux rayonunda növbəti ağacəkmə kompaniyası keçirildi. Kür yolu istiqamətində 3000 ədəd eldar şamı , küknar və çinar ağacları əkildi. Sakinlərin xüsusi səliqə ilə əkdiyi tinglərin dibləri bərkidilib və suvarılıb. Əkilən yeni ağaclara vaxtaşırı qulluq edilməsi qərara alınıb. Eyni zamanda əkilən cavan tinglərin qorunması üçün sahənin sərhədlərinə çəpər çəkilib, mal-qaranın əraziyə girişi məhdudlaşdırılıb. Əkin materialı kimi Samux rayon landşaftına uyğun tinglərdən istifadə olunub. Yaşıllıqların sayının artırılması istiqamətində keçirilən bu aksiya davam etdiriləcək.

Keçidlər