Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Samux şəhərində səyyari görüşü keçirilmişdir.
22.12.2015-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin Samux şəhər sakinləri ilə növbəti səyyar qəbulu keçirildi. Görüşdə sakinlər ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdürləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Samux şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Elşad Qasımov rayon barədə iclas iştirakçılarına geniş məlumat verdi. Eyni zamanda ərazi dairəsi üzrə icra nümayəndəsi rayonda görülən işlər, əhalini narahat edən problem və məsələlər barədə də ətraflı danışdı.
Daha sonra rayon sakinləri tərəfindən çıxışlar və təkliflər oldu.
1. Ələkbərova İlhamə Tofiq qızı yeni yaşayış massivindəki küçələrə daş-çınqıl verilib hamarlanmasını xahiş etdi.
2. Nəsibov İsrafil Bəhlul oğlu yeni yaşayış massivinə qaz xəttinin çəkilməsini xahiş etdi.
3. Məmmədov Ceyhun Xanlar oğlu isə yeni yaşayış massivinə telefon xəttinin çəkilməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün adiyyatı orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi