Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Yuxarı Ağasıbəyli kəndində səyyari görüşü keçirilmişdir.

16 dekabr 2015 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Yuxarı Ağasıbəyli sakinləri ilə növbəti səyyar qəbulu keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdürləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Abdullayev Mirdamət  kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Eyni zamanda ərazi dairəsi üzrə icra nümayəndəsi kənddə görülən işlər, əhalini narahat edən problem və məsələlər barədə də ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu.
1. Rüstəmov  Teyyub İsbi oğlu İçməli su xəttinin  bərpa  edilməsini  xahiş etdi.    
2. Zeynalov  Valeh  Zeynal oğlu  1 ədəd subatezian quyusunun vurulmasını xahiş etdi.
3. Cəfərov  Sərdar Məhərrəm oğlu      Pay torpaqlarının suvarılmasında istifadə olunan subartezianın bərpasını   xahiş etdi.
4. Almuradov Hidayət Camal oğlu isə Qırmızı Samux  - Burunqovaq yolundakı sel dağıtmış iki ədəd körpünün bərpasını xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün adiyyatı orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi

Keçidlər