Samux Rayon Heydər Əliyev Mərkəzinin Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı orta ümumtəhsil məktəblərinin şagirdləri və məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqlar üçün ekskursiyaları uğurla keçirildi.
Dekabr ayından başlayaraq 20-dən çox tədris müəssisəsində təhsil alan şagird və azyaşlılar Mərkəzdə olublar.
Qeyd edək ki, ekskursiyalar Samux Rayon Təhsil Şöbəsi ilə birlikdə təşkil edilir.
Məktəblilər ekskursiya zamanı Mərkəzdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat alır, eləcə də nümayiş etdirilən müxtəlif sərgilərlə, filmlərlə və Azərbaycan qədim və müasir tarixini əks etdirən elektron xəritə ilə də tanış olurlar.
Mərkəzin Direktoru Aygün Həsənzadə : “Məqsəd Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılmasıdır.”