Samux rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir.
06 fevral 2012-ci il tarixində Samux rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Samux rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev iştirak etmişdir.
Yığıncağın gündəliyinə üç məsələ çıxarılmışdır:
1. Rayon Ağsaqqallar Şurasının sədrinin hesabatı.
2. Təşkilatı məsələ.
3. Respublika Ağsaqqallar Şurasının Qurultayına nümayəndənin seçilməsi.
Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə Şuranın gördüyü işlər ətraflı şərh edilmiş və qarşıda duran vəzifələr barədə məlumat verilmişdir.
Məruzə ətrafında çıxış edənlər Şuranın həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışmış, bu tədbirlərin daha da genişləndirilməsinin vacibliyini qeyd etmişlər.
Təşkilatı məsələyə baxılmış, RAŞ-nın sədri H. Həmzəyev Azərbaycan Ağsaqqallar Şurasının Qurultayına nümayəndə seçilmişdir.
Yığıncağın sonunda rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış etmişdir. Cənab başçı çıxışında ağsaqqalın xalqın ən yaxşı adət-ənənələrinin saxlayıcısı, daşıyıcısı və nəsildən-nəslə ötürücüsü olduğunu, ağsaqqal nəsihəti ilə tüfeyli həyat sürənlərin, tənbəllərin, valideynlərinə laqeyd münasibət göstərənlərin tərbiyə olunduğunu, düz yola qaytarıldığını və bu mənada rayonumuzun ictimai həyatında ağsaqqalların rolu danılmaz olduğunu qeyd etmişdir. Rayon rəhbəri Şuranın gələcək fəaliyyəti ilə bağlı dəyərli tövsiyələrini vermiş və işinə uğurlar arzulamışdır.