Samuxda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi.
12 dekabr 2015-ci il tarixdə Samux rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirildi. Tədbir Ulu Öndərin Heydər Parkında ucaldılmış abidəsinin önünə tər çiçəklər qoyulması ilə başladı. Tədbir iştirakçıları sonra Heydər Əliyev muzeyində Ulu Öndərin həyat və yaradıclığını əks etdirən fotestentlərlə tanış oldular.
Tədbir Heydər Əliyevin anım mərasimi ilə əlaqədar təşkil edilmiş ehsan süfrəsi ilə davam etdirildi. Mərasimi giriş sözü ilə Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev açaraq, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu H.Əliyevin xalqımızın qarşısında göstərtdiyi xidmətlərdən, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçiridiyi uğurlu siyasət haqqında tədbir iştirakçılarına məlumat verdi.
O, qeyd etdi ki, bu gün Azərbaycan iqtisadiyyatının yüksək səviyyədə inkişafının təməli məhz Heydər Əliyev tərəfindən qoyulan strateji xətt üzrə həyata keçirilir. Azərbaycan xalqının sosial-iqtisadi rifahı günü-gündən yüksəlir, ölkənin siyasi potensialı güclənmiş və regionda lider dövlətə çevrilmişdir. Daha sonra natiq qeyd etdi ki, Heydər Əliyev dahi bir şəxsiyyət kimi, böyük ideyaların müəllifi kimi nəsildən-nəslə keçərək Azərbaycan xalqının qəlbində daimi yaşayacaqdır.