Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda gənclər arasında Ulu Öndərin anım gününə həsr edilmiş silsilə tədbirlər keçirilir.

10 dekabr 2015 | 16:00

Samux şəhər 3 saylı tam orta məktəbin iclas zalında Samux rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Təhsil Şöbəsi və Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev Müasir müstəqil Azərbaycanın Memarıdır” mövzusunda elmi-praktiki konfrans keçirildi. Konfransda Samux rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Xəlilova ümummilli liderHeydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən söz açıb. Bildirilib ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb.
Digər şıxış edənlər Təhsil Şöbəsinin müdir müavini Faiq Həsənov, metodist Nərgiz Bədəlova, rayon İcra Hakimiyyətinin məsul işçiləri Zakir Rzayev, Mehman Əliyev,  Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev, məktəbin direktoru Nurlana Həsənova bildiriblər ki, bütün mənalı həyatını öz xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq fikirlərini səsləndirmişlər. Tədbir  məktəblilərin hazıladığı bədii kompozisiya ilə yekunlaşmışdır.
Heydər Əliyev irsinin təbliği movzusunda mütamadi silsilə tədbirlər həyata keçirilməsi davam etdirilir.

Keçidlər