Samuxda maarifləndirici tədbir keçirilib.
“Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Region gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək” layihəsi çərçivəsində növbəti Samux tədbirini keçirib.
Tədbirdə layihənin koordinatoru Aysel Cəfərova, Samux rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə, Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux Rayon Bölməsinin nümayəndəsi Rüstəm Xudiyev , Qarabağ Müharibəsi əlilləri İctimai Birliyinin Samux rayon Şöbəsinin Sədri Mizə Orucov, Samux rayon Karayeri Kitabxanasının Direktoru Samirə Məmmədova , məktəblərinin tarix və hərbi hazırlıq müəllimləri, şagirdlər və təhsil şöbəsinin nümayəndələri və s. iştirak ediblər.
Layihə koordinatoru və təlimçilər tədbir iştirakçılarına yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun tərbiyələnməsi, gənclərin sağlam həyat tərzinə alışdırılması, hərbi-vətənpərvərlik ruhunun artırılması və ölkənin layiqli vətəndaşı kimi yetişdirilməsində ictimai dəstəyin formalaşdırılması haqqında ətraflı məlumat veriblər.
Bundan başqa qonaqlar iştirakçılar xalqımızın milli-mənəvi dəyərləri, keçmiş hərbi – vətənpərvərlik ənənələri, xalqımızın hərb tarixi haqqında biliklər verilib. Bundan başqa, iştirakçılar xalqımızın vətənpərvərlik tarixi, torpaqlarımızın bütövlüyü uğrunda gedən tarixi döyüşlər, Milli Qəhrəmanlar və Şəhidlər haqqında iştirakçıları məlumatlandırıblar.