Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Alabaşlı qəsəbəsində səyyari görüşü keçirilmişdir.

09 dekabr 2015 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Alabaşlı   qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə  sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Alabaşlı  qəsəbə  inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Ələkbərov Qütbəddin qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə  görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Cəlilov  Yusif Qara oğlu çıxış edərək  Qəsəbə küçələrinin cari təmirini   xahiş etdi.
2. Məmmədova  Qərənfil  Rəhim qızı öz çıxışında  Həkim məntəqəsinin  tikilməsini     xahiş etdi.
3. Paşayeva  Aminə  Fərman qızı  Qəsəbə ərazisindəki yararsız elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsi     təklifini  irəli sürdü.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev  qəsəbə   sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər