Samuxda yeni subartezian quyusu istifadəyə verilib
Samux rayonunun müxtəlif yaşayış məntəqələrində 11 yeni subartezian quyusu sakinlərin istifadəsinə verilib. Sərkar kəndində keçirilən tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı, cənab Alı Qocayev qeyd etdi ki, ölkədə əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və aqrar sahədə əldə olunan uğurlardan rayonumuzada pay düşür. Belə ki, son illər rayon ərazisində ümumilikdə 33 subartezian quyusu qazılıb. Bununla da 2 min hektardan çox əkin sahəsinin normal suvarılması təmin edilib. Gələn il Samuxun müxtəlif kəndlərində daha bir neçə quyunun istifadəyə verilməsi planlaşdırılır. Ümumilikdə rayonda 22 min hektara yaxın suvarılan torpaq sahəsi var. Əkin sahələrinin suvarılmasını təmin etmək üçün 501 subartezian quyusundan, 27 nasos stansiyasından və rayon ərazisindən keçən təbii çaylardan istifadə olunur.