Samuxda müəllimlərə təlimlər keçirilib
Prezident yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, “Təhsilin İnnovativ İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə peşəkar kadrların intellektual potelsianlarının artırılması məqsədi ilə regionlarda müəllimlər üçün təlimlər təşkil olunub. Bu barədə Birlikdən verilən məlumata görə layihə Samux şəhərində keçirilib. Layihənin əsas məqsədi müəllimlərin informasiya- kommunikasiya texnalogiyaları haqda yeni bilik və bacarıqlara yiyələnməsinə yardım etmək olub. Təlimlərdə ilk öncə layihənin rəhbəri Zümrüd Əliyeva ölkəmizdə informasiya- kommunikasiya texnologiyaları sahəsinin inkişafı barədə iştirakçılara məlumat verib, İKT- nin təhsil sistemində tətbiqindən danışıb.
Təlimçi Aygün Cəfərova isə daha çox informasiya - kommunikasiya texnologiyaları və kurikulum haqda müəllimlərə yeni məlumatlar verib, onları maraqlandıran sualları cavablandırıb. Təlimlərdə ümumi məktəblərdən 100- dən artıq müəllim iştirak edib. Sonda iştirakçılara sertifikatlar verilib.