Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Heydər Əliyev Mərkəzi və Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon Bölməsi ilə birgə "Gəncləri vətənpərvər yetişdirək!" adlı tədbir təşkil etdi.

07 dekabr 2015 | 16:00

Samux Rayon Heydər Əliyev Mərkəzi və Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon Bölməi ilə birgə  "Gəncləri vətənpərvər yetişdirək!" adlı tədbir təşkil  etdi.  Tədbirin əsas məqsədi Samux rayonunun ümumtəhsil məktəblərində hərbi -hazırlıq müəllimləri ilə görüş təşkil edərək, məktəblilər arasında hərbi-vətənpərvərlik hisslərinin yüksəldilməsi istiqamətində birgə uğurlu fəaliyyət planının hazırlanması idi.
Tədbirdə  Samux rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə,  Səfərbərlik və Hərbi  Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux  rayon Bölməsinin  baş məsul icraçısı, gizir  Rüstəm Xudiyev , Samux rayon Gənclər və İdman  Baş İdarəsinin rəis müavini Eynur Fərmanlı, Qarabağ Əlillər Cəmiyyətinin Sədri Mirzəmməd  Orucov və  bütün ümumtəhsil məktəblərinin hərbi-hazırlıq müəllimləri iştirak edirdi.

Keçidlər