Samux rayon Heydər Əliyev Mərkəzinin Direktoru “VI The First” beynəlxalq mükafatına layiq görülüb
Samux Rayon Heydər Əliyev Mərkəzinin Direktoru, Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin Rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin AYB Kitab Layihəsinin bölgələr üzrə koordinatoru Aygün Həsənzadə 2015 –ci ilin I-cilər sırasında yer aldı. Aygün Həsənzadə “VI The First” beynəlxalq mükafatına layiq görüldü.
“Xəyal Production”nın təşkilatçılığı ilə keçirilən mükafatlandırma mərasimində bildirilmişdir ki, beynəlxalq mükafatın təsis edilməsində əsas məqsəd Azərbaycan mədəniyyətini, incəsənətini, tanınmış qələm sahiblərini dünyaya tanıtdırmaqdır.
Samux Rayon Heydər Əliyev Mərkəzi rayon ictimaiyyəti , eləcə də xarici və yerli səviyyədə Heydər Əliyev irsinin təbliği ilə işlər görür. Müxtəlif səpgidə layihələr, tədbirlər və səyyar sərgilər vasitəsilə Ulu Öndərin həyat və yaradıcılığı xarici qonaqların , eləcədə rayon ictimaiyyətinin nəzərinə çatdırır. Mərkəzdə artıq 2 ildir ki, Samux Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün idarəçiliyin bütün formalarına aid olan mövzularda “İdarəçilik Məktəbi” Layihəsi həyata keçirilir. Samux Rayonunda AYB Kitab stendinin açılışı və Çingiz Abdullayevlə görüş, rayonun istedadlı ifaçılarının çıxışı ilə ilk dəfə olaraq Muğam gecəsinin, ilk dəfə olaraq İKT və informasiya Təhlükəsizliyi Forumu, Rayon Gənclərinin I və II Yaradıcılıq Festivalları və s. tədbir və layihələr rayon ictimaiyyətinin, eləcə də ətraf rayon və şəhərlərin insanların rəğbətinin qazanmışdır.