01 fevral 2013-cü il tarixdə “ 2 fevral Gənclər günü” münasibəti ilə Samux rayonunda bəzi tədbirlər həyata keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin rayon mərkəzi Samux şəhərində ulu öndərin adına olan istirahət parkında ucaldılmış möhtəşəm abidəsini ziyarət etdilər, abidə önünə tər çiçəklər qoydular. Anım mərasimindən sonra Heydər Əliyev prospektində gənclər arasında kross yarışı keçirilmişdir.
Tədbir Samux şəhər “Qoşqar” şənlik evində davam etdirildi.
Tədbirdə Rayon İcra hakimiyyəti Başçısı cənab Alı Qocayev çıxışında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən “Dövlət Gənclər siyasəti” ndən danışdı. Bu uğurlu siyasətin nəticəsi olaraq hazırda Azərbaycan gəncliyinin ictimai- mədəni , idman habelə sosial-iqtisadi həyatımızda aparıcı rol oynadığını xüsüusi vurğuladı. Rayonda gənclərin irəli çəkilməsi, gənclər üçün şəraitin yaradıldığını bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirildiyini, Samux şəhərində Ulu öndərin adına olan istirahət parkında gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması üçün möhtəşəm Heydər Əliyev mərkəzinin yeni binasının, Gənclər Mərkəzinin, ana uşaq kafesinin, yeniyetmə və gənclər üçün oyun zalının tikintisinin aparıldıgını, mərkəzin nəzdində kompyuter və xarici dillərin öyrənilməsi üçün kurslar, 3D formatlı filimlərin nümayişi üçün zal və rəsm qalareyasının yaxın vaxtlarda gənclərin istifadəsinə veriləcəyini qeyd etdi.
Sonra Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Fərmanlı Eynur məruzə ilə çıxış edərək idarə tərəfindən 2012-ci il ərzində Gənclər və İdman sahəsində görülmüş işlər barədə məlumat verdi. Tədbirdə çıxış edən gənclər rayonda aparılan tikinti, quruculuq və abadlıq işlərini yüksək qiymətləndirmiş, gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışmışlar.
Tədbir rayon Mədəniyyət və Turizim şöbəsinin bədii özfəaliyyət kollektivinin hazırladıgı musiqili əyləncəli konsert proqramı ilə davam etdirildi.