Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qədili kəndində səyyari görüşü keçirilmişdir.

25 noyabr 2015 | 16:00

 24.11.2015-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin

rayonun Qədili kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdürləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər. Əvvəlcə Qədili kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Eyni zamanda ərazi dairəsi üzrə icra nümayəndəsi kənddə görülən işlər, əhalini narahat edən problem və məsələlər barədə də ətraflı danışdı.

Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu.

  1. Əliyev Özbək Mahmud oğlu çirkab sularının küçəyə axıdılmasının qarşısının alınmasını xahiş etdi.
  2. Əliyev Mirzə Məcid oğlu kəndə subartezianının vurulmasını xahiş etdi.
  3. Məhərrəmov Faiq İdris oğlu isə kənddə qaz təziqinin artırılmasını xahiş etdi.

 Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün adiyyatı orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi

Keçidlər