Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Tsuquo Takahaşi Samux rayonuna səfər etmişdir.
Bu gün Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Tsuquo Takahaşi Samux rayonuna səfər etmişdir. Cənab Takahaşinin Samux rayonuna növbəti səfərinin məqsədi “Ot Kökləri və İnsan Təhlükəsizliyi” çərçivəsində maliyyələşdirilən, “Gənc liderlər Təhsil, Təlim və İnkişaf İctimai Birliyi” tərəfindən həyata keçirilən rayonun Qovlarsarı kənd tibb məntəqəsinin açılış mərasimində iştirak etmək olmuşdur. Qonaqlar Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında səmimi dostluq şəraitində qarşılandı və sonra RİH-nın başçısı tərəfindən onlara xatirə olaraq hədiyyələri təqdim olundu. Tədbirin davamı Qovlarsarı kənd tibb məntəqəsinin qarşısında baş tutdu. Mərasimin açılışı üçün söz “Gənc Liderlər Təhsil,Təlim və İnkişaf İctimai Birliyinin” layihə köməkçisi Fərhad Məmmədova verildi. Sonra hər iki ölkənin dövlət himni səsləndirildi. Daha sonra çıxış üçün söz Samux RİH-nin başçısı cənab Alı Qocayevə verildi. O,öz çıxışında Yaponiya və Azərbaycan dövlətləri arasındakı iqdisadi və mədəni əlaqələrin bu günki səviyyəsi haqqında geniş söhbət açdı. Növbəti çıxış Yaponiyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri cənab Tsuquo Takahaşiye verildi. Cənab səfir ölkələrimiz arasındakı dostluğun daimi olması üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirdi və ona göstərilən qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirdi. Tədbirin sonunda Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Həsənov çıxış edərək Yaponiya dövlətinin rayonumuza göstərilən diqqətinə görə kənd sakinləri adından da minnətdarlığını bildirdi. Daha sonra qonaqlarla birgə xatirə şəkilləri çəkildi