Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Əhmədbəyli kəndində səyyar görüşü keçirilmişdir.
17.11.2015-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin
rayonun Əhmədbəyli kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirildi. Görüşdə kənd sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, icra aparatının şöbə müdürləri, hüquq-mühafizə orqanlarının, idarə,müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər. Əvvəlcə Əhmədbəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Eyni zamanda ərazi dairəsi üzrə icra nümayəndəsi kənddə görülən işlər, əhalini narahat edən problem və məsələlər barədə də ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu.
- Hüseynov Cahangir Oktay oğlu çıxış edərək kənddə sahibsiz itlərin zərərsizləşdirilməsini xahiş etdi.
- Novruzov Muraz Amil oğlu pay torpaqlarının suvarılmasında istifadə olunan subartezianın təmir olunmasını xahiş etdi.
- Allahverdiyev Faiq Sabir oğlu küçələrin cari təmirini
- Quliyev Kamandar Malik oğlu isə yaşadığı küçədəki qaz xəttinin bərpası üçün xahiş etdi
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün adiyyatı orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi