Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda yeni körpü tikiləcək

14 noyabr 2015 | 16:00

Yeni körpü rayon mərkəzi ilə 8 kəndi birləşdirməlidir

Samux rayon İcra Hakimiyyəti başcısının müavini Tahir Qarayevin Lent.az-a verdiyi məlumata görə, gələn il Samuxda yeni körpü inşa edilə bilər. Bunun üçün Samux rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinə müraciət edib. Müraciət qəbul olunsa, layihə hazırlanıb, işi icra etməli olan şirkət üçün tender elan olunacaq.

Yeni Kənd ərazisində tikilməsi istənilən körpünün rayon mərkəzi ilə 8 kəndi birləşdirməsi nəzərdə tutulur.

Keçidlər