Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxlular “Ölkəmizi tanıyaq” üçün Lənkərana yola düşdü

16 noyabr 2015 | 16:00

Bu gün “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya layihəsinin növbəti mərhələsinə start verilib. Tur-aksiya çərçivəsində Samux  məktəbliləri  ölkənin cənub bölgəsinə- Lənkəran şəhərinə  yola düşüblər.  Səfər çərçivəsində şəhərin  müxtəlif orta ümumtəhsil məktəblərindən olan  35 şagird  parta arxasında öyrəndiklərini, mətbuat və internet səhifələrində oxuduqlarının canlı şahidinə çevriləcəklər. Tur-aksiyanın gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsində, dünya görüşünün formalaşmasında mühim rol oynayacağı gözlənilir.

Keçidlər