Samux Rayon mərkəzindəki küçələrin abadlaşdırılması davam etdirilir.
11 noyabr 2015 | 16:00
Respublikanın bütün regionlarında olduğu kimi Samux rayonunda da abadlıq-quruculuq işləri davam etdirilir.
Belə ki, Samux şəhəri Əsgər Əsgərov, Nəriman Nərimanov küçələrinin kəsişməsinə qədər asfal verilmiş, Təbriz və Dül-dül küçələrində yol örtüyünə şeben yayılmışdır.Eyni zamanda rayon mərkəzinin yeni yaşayış massivində və bütün küçələrdə yeni işıq dirəkləri basdırılmış, elektrik naqilləri müasir standartlara cavab verən zip kabellərlə əvəz edilmişdir. Bu münasibətlə şəhər əhlisi ilə görüşən Samux Rayon İcra Hakimiyyətinin nümayəndələrinə küçə sakinləri adından çıxış edən Şəmmədov Sabit və Əsədov Rəfael göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.