Şriftin ölçüsü :

Saytın rəngi :

28.01.2013-cü il tarixdə Samux rayon Lək kəndində müasir tələblərə cavab verən 220 şagird yerlik tam orta məktəb binasının açılışı ilə bağlı keçirilmiş tədbir barədə M Ə L U M A T

29 yanvar 2013 | 16:00

Regionların inkişafı ilə bağlı Dövlət Proqramına uyğun olaraq Samux rayonunun Lək kəndində tikilərək istifadəyə verilmiş müasir standartlara cavab verən 220 şagird yerlik tam orta məktəb binasının açılışı ilə bağlı 400 nəfər ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev başda olmaqla rayon İcra Hakimiyyəti başçısı aparatı., hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatlarının rəhbərləri həmçinin Lək və Əlibayramlı kəndlərinin sakinləri, valideynlər, müəllimlər və şagirdlər iştirak edirdilər.
Tədbiri açan Lək kənd tam orta məktəbinin direktoru Eynulla Xəlilov müasir tələblərə cavab verən 220 şagird yerlik 2 mərtəbəli bu gözəl bina tikilərək müəllim və şagirdlərin istifadəsinə verilməsinə görə dövlət başçımız cənab İlham Əliyevə, tikintidə daima nəzarətdə saxlayaraq lazım olan hər cür köməkliyi onlardan əsirgəməyən rayon icra hakimiyyətinin başçısı cənab Alı Qocayevə və bu gözəl binanın tikilməsində əməyi olan bütün inşaatçılara öz minnətdarlığını bildirdi və müasir tələblərə cavab verən bu cür binanın müəllim və şagirdlərin istifadəsinə verilməsi ilə bağlı onların üzərinə daha böyük məsuliyyət qoyulduğunu bu məsuliyyəti daha dərindən hiss edərək məktəbdə tədrisi bu günün tələblərinə uyğun olaraq quracaqlarına söz verdi.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Gülağa Hüseynov təhsilə daima diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və tikintiləri daima nəzarətdə saxlayaraq qarşıya çıxan problemlərin həllində diqqət və qayğısını əsirgəməyən rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevə təhsil sahəsində çalışan bütün müəllimlər və şagirdlər adından öz minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən valideyn Hüseynova Rəsmiyyə 70 il yaşadıqları sovet dönəmində belə bir məktəb binasını yalnız xəyallarda gördüklərini bildirərək belə gözəl binaya görə valideynlər, kənd sakinləri adından cənab İlham Əliyevə öz təşəkkürünü bildirdi və bu istiqamətdə görüləcək işlərdə böyük uğurlar və ailə xoşbəxtliyi arzuladı.
Tədbirdə çıxış edən Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Respublikamızda 2015-ci ilədək təmir edilmiş yaxud tikintisi başa çatmamış məktəb qalmayacaq. Bu il üçün rayonumuzun 5 kəndində yeni məktəb binası tikiləcək və əsaslı təmir işləri aparılacaq. Cənab Alı Qocayev yeni məktəb binasının açılışı münasibətilə kənd sakinlərini valideynləri müəllimləri və şagirdləri təbrik edərək bir daha bildirdi ki, onların üzərinə daha böyük məsuliyyət düşür. Belə ki, işlərini daha yüksək səviyyədə qurmalı daha böyük nailiyyətlər əldə etməlidirlər.
Cənab Alı Qocayev yeni məktəb binasının açılışını bildirən rəmzi qırmızı lenti kəsdi.
 

Keçidlər