Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Alıuşağı kəndində səyyari görüşü keçirilmişdir.

03 noyabr 2015 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Alıuşağı  kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Alıuşağı    kənd    inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Quliyev Vaqif   kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Kərimov Natiq  Namiq oğlu çıxış edərək yeni yaşayış massivinə qaz  xəttinin çəkilməsini       xahiş etdi.
2. Orucov  Bilal  Əli  oğlu öz  yararsız elektrik  naqillərinin yenisi ilə əvəz edilməsini  xahiş etdi.
3. Ələkbərov  Şükür  Qafar oğlu  kəndin küçələrinin cari  təmiri    təklifini irəli sürdü.

Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər