Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon Heydər Əliyev Mərkəzi İdarəçilik Məktəbi layihəsi çərçivəsində “Liderlik zirvəsi Heydər Əliyev”adlı növbəti tədbiri həyata keçirdi.

31 oktyabr 2015 | 16:00

Samux rayon İcra Hakimiyyətinin dəstəyi ilə 2014-cü ilin noyabr ayından başlayaraq Samux rayon Heydər Əliyev mərkəzində “İdarəçilik Məktəbi” adli layihə həyata keçirilməyə başlamışdır və layihə 2015-ci ildədə davam edir.
Layihənin əsas məqsədi rayon gəncləri arasında idarəçiliyin bütun sahələri üzrə məlumatlılığın artırılması, onlara yeni biliklərin verilməsi,qeyd edilən istiqamətlər üzrə dövlətin həyata kecirdiyi siyasətin elmi əsaslandırılması, dovlət qulluqcuları və digər sahələr üzrə mutəxəssislərlə fikir mubadiləsinin aparilması və .s kimi məsələlər təşkil edir.
“İdarəçilik Məktəbinin” bu dəfəki spikeri Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə oldu. 200 nəfər gəncin iştirak etdiyi tədbirdə  Heydər Əliyev və Azərbaycan, Ulu öndərin vətənimiz Azərbaycan üçün gördüyü işlərdən onun liderliyi ilə Azərbaycanın dünyada  tanınmasında  ətraflı  danışdı . Aygün Həsənzadə  “Liderlik nədir”, “Lider insan necə olmalıdır”, “Dahi liderimiz Heydər Əliyev” mövzuları ətrafında iştirakçılara təqdimat etdi. 
Tədbirin  2-ci  hissəsi məktəblilər  və  gənclər üçün   daha da  interaktiv şəraitdə keçdi. Onlar  arasında  keçirilən  rollu oyunlarda  liderlik  və  spikerlik  bacarıqları aşılandı.
Tədbirdə Samux Rayon  İcra  Hakimiyyətinin  nümayəndəsi  Mehman  Əliyev, mərkəzin böyük  elmi  işçisi  Ələkbərova Samirə və  Samux şəhər 1 saylı  məktəb  liseyin  müəllimi Əliyeva Pərvanə ekspert qismində mövzu ətrafında   öz  fikir və təkliflərini  səsləndirdilər. Tədbirdə iştirak edən istedadlı və fəal gənclər növbəti ay üçün İdarəçilik məktəbi çərçivəsində  keçiriləcək tədbir üçun iştirak hüququ əldə etdilər.

Keçidlər