Şriftin ölçüsü :

Saytın rəngi :

“20 yanvar” faciəsinin 23-cü ildönümü ilə bağlı Samux rayon mərkəzi mədəniyyət evində keçirilmiş tədbir barədə M Ə L U M A T

22 yanvar 2013 | 16:00

20 yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı rayon mərkəzi mədəniyyət evində faciə ilə bağlı rayon məktəblilərinin çəkdikləri şəkillərin və Mərkəzi kitabxana sisteminin “20 yanvar ” şəhidlərinə həsr edilmiş kitablardan ibarət sərgi təşkil edilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Alı Qocayev başda olmaqla icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Hüquq mühafizə orqanlarının, təhsil, mədəniyyət və turizm şöbələrinin nümayəndələri, şagirdlər və geniş ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Sərgidə 100-dən çox məktəblinin “20 yanvar ” faciəsinə həsr etdikləri şəkillər nümayiş etdirildi.
Sərgidə həmçinin mərkəzi kitabxana tərəfindən müxtəlif nasir və şairlər tərəfindən “20 yanvar ” faciəsi ilə bağlı yazdıqları əsərlər nümayiş etdirilmişdir.
 

Keçidlər