Samux rayonunda kənd təsərrüfatı işləri uğurla davam edir
Samux rayonunun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən 2015-ci ildə 9266 hektar payızlıq taxıl sahələrindən 30146 ton məhsul estehsal edilmişdir. Bunun 4784 hektarı buğda sahəsi olmaqla 15773 ton məhsul istehsal edilmişdir, 4482 hektarı arpa sahəsi olmaqla 14373 ton məhsul istehsal edilmişdir. Rayon üzrə taxıl sahələrində 1 hektardan məhsuldarlıq orta hesabla 32.5 sentner olmuşdur.
Rayonda 2015-ci ildə rayon ərazisində 247 hektardan 4361 ton kartof, 1635 hektardan 2730 ton günəbaxan, 673 hektardan 6580 ton tərəvəz, 324 hektardan 4317 ton bostan, 132 hektardan 373 ton dən qarğıdalısı, 307 hektardan ton şəkər çuğunduru, 7258 hektardan 57103 ton quru ot istehsal edilmişdir.
Son illərdə rayonda gəlirli sahə olan üzümçülük xeyli inkişaf etdirilmişdir. Hazırda üzüm bağlarında məhsul yığımı davam etdirilir. 01 oktyabr 2015-ci il tarixə üzümluklərdən 4008 ton məhsul yığılmışdır.
Hal-hazırda rayonda kənd təsərrüfatı işləri davam etdiriıir. 01 oktyabr 2015-ci il tarixə rayonda payızlıq bitkilərin səpini üçün 2836 hektarda şum aparılaraq, 602 ha sahədə taxıl səpilmişdir. Bu işlərin aparılması “Aqrolizinq” ASC-nin Samux rayon bölməsinin texnikaları və fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalar vasitəsilə həyata keçirilir.