Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qarayeri qəsəbəsində səyyari görüşü keçirilmişdir.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qarayeri qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə qəsəbə sakinləri ilə yanaşı İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qarayeri qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Yusifov Məftun qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Talıbov Zaman Abdulla oğlu çıxış edərək Şəmkir maşın su kanalına suyun verilməsini xahiş etdi.
2. İbrahimova Minarə Məcid qızı öz çıxışında həyətyanı torpaq sahəsinin sənədləşdirilməsini xahiş etdi.
3. Məmmədov Məmməd Vaqif oğlu qəsəbədə yeni yaşayış massivinə qaz xəttinin çəkilməsi təklifini irəli sürdü.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi