Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun İstixana kəndində səyyari görüşü keçirilmişdir.

23 oktyabr 2015 | 15:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun İstixana kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə İstixana   kənd    inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Məhərrəmov Elşad  kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Həsənova  Sahidə Hacı  qızı çıxış edərək kənddə poçt şöbəsinin açılmasını   xahiş etdi.
2. Rzayev Anar Həsən oğlu  öz  kənd küçələrinə qum çınqıl verilib hamarlanmasını        xahiş etdi.
3. Namazova  Ceyran  Qurban qızı  içməli  suyun  verilməsi  üçün 1 ədəd  subartezian quyusunun vurulması təklifini irəli sürdü.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər