Samux rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə davam etdirilən silsilə tədbirlər çərçivəsində şənlik keçirildi
27 dekabr 2012-ci il tarixdə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibəti ilə Samux rayon Mədəniyyət şöbəsinin qarşısında rayon məktəblilərin iştirakı ilə bayram tədbiri keçirilmişdir.
Tədbirdə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev və İcra Hakimiyyəti aparatının məsul işçiləri, rayon Mədəniyyət şöbəsinin kollektivi, məktəblilər və rayon ictimayyəti nümayəndələri iştirak etmişlər.
Bayram tədbirində rayon mədəniyyət evinin kollektivi tərəfindən hazırlanmış rəqslər, musiqi nömrələri həmçinin şaxta baba, qar qızı və qar nənənin nağılı, maraqlı çıxışlar eyni zamanda 2012-2013- cü illərin rəmzi olan əjdaha, ilan paitarı geyimində və müxtəlif heyvanları əks etdirən geyimlərdə olan səhnəciklərlərlə davam etdirildi. Bayram şənliyində yaxından iştirak edən Samux şəhər 1saylı məktəb litseyin, şəhər 2 saylı orta məktəbin və Qarayeri qəsəbə 1 saylı məktəb litseyin çəgirdləri tərəfindən hazırlanmış musiqi və rəqs nömrələri tədbiri daha da rəngarəng etdi.
Bayram şənliyinin sonunda uşaqlara bayram hədiyyələri təqdim edildi.