Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda məktəblər qışa hazırdır

22 oktyabr 2015 | 15:00

Qış mövsümündə Samux rayonunda fəaliyyət göstərən məktəblərin 50 faizi müasir istilik sistemi ilə qızdırılacaq.  Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, məktəblərdə mövsümə hazırlıq işləri başa çatdırılıb. Ehtiyac duyulan məktəblərə normaya uyğun  olaraq odun yanacağı verilib, qazanxanalar istismara hazır vəziyyətə gətirilib. Əvvəlki illərdə əsas çətinlik rayonun Gürcüstanla sərhəd olan Eldar zonasında yaşandığından bu il sözügedən əraziyə nəzarət bir qədər gücləndirilib.
Qeyd edək ki, Samux rayonunda 35 məktəb fəaliyyət göstərir ki, onlardan 20-si yeni binadır.

Keçidlər