Azərbaycan Respulikası Milli Qəhrəmanı Elton Xaləddin oğlu İsgəndərovun doğum günün qeyd edildi.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Elton Xaləddin oğlu İsgəndərovun doğum günüdür. Bu münasibətlə Samux rayon Əhmədbəyli kənd orta məktəbində tədbir təşkil edildi. Əvvəlcə qəhrəmanın kənd qəbristanlığındakı qəbir üstü abidəsi ziyarət edildi. Tədbiri giriş nitqi ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev bildirdi ki, Elton İsgəndərov 2008-ci ilin oktyabrında Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. O, 2008-ci ildən Milli Ordunun Sərhəd Xidmətində qulluq edərək 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, döyüşün ağır yerində sərhəd pozucularından biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atıb, cəsur əsgər dərhal özünü qumbaranın üzərinə atıb, həlak olub, amma öz ölümü ilə əsgər və zabitlərimizin həyatını xilas edib Allah rəhmət eləsin!
Daha sonra şəhidimizin silahdaşları döyüş yoldaşları haqqında öz xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
Azərbaycanın Milli Qəhrəmanın atası Xaləddin İsgəndərov çıxış edərək göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlığını bildirdi.