Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İcra Hakimiyyəti başçısının 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.

20 oktyabr 2015 | 15:00

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dünya və ölkə iqtisadiyyatında baş verən bu prosesləri təhlil etdi. 

 

2015-ci ilin doqquz ayının əsas iqtisadi göstəriciləri aşağıdakı kimi olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizdə:

- Ümumi daxili məhsul  3,7 faiz artmışdır;

- Qeyri neft sektorunda 6,4 faiz artım olmuşdur;

- Əhalinin pul gəlirləri 5,8 faiz artmışdır;

- İnflyasiya cəmi 3,7 faiz təşkil etmişdir;

Dövlət proqramının uğurlu icrası nəticəsində regionlarda əvvəllər olduğu kimi 9 ayda da əhalinin məşğulluğu sahəsində müsbət meyllər müşahidə olunmuş, 67 mini daimi olmaqla,  87 min yeni iş yeri açılmışdır.

Azərbaycanda qlobal böhran şəraitində mühüm dövlət proqramlarının icrasının davam etdirilməsi ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətdən xəbər verir.  Bütün bunlar isə deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin uğurla yürütdüyü iqtisadi siyasət qarşıdakı illərdə də müsbət nəticələrini verəcək, respublikamız ən qısa zamanda inkişaf etmiş ölkələrin səviyyəsinə yüksələcəkdir.

2015-ci ilin doqquz ayı rayonumuz üçün  də uğurlu olmuş,  rayonda geniş tikinti – quruculuq, abadlıq işləri həyata keçirilmişdir.

 2015-ci  ilin doqquz ayının sosial-iqtisadi inkişafın əsas iqtisadi göstəricilərinin  təhlili bunu deməyə əsas verir.

-  Ümumi  məhsul  buraxılışının həcmi 82,6 milyon  manat  olmuşdur  ki,  bu  da ötən ilin müvafiq dövründəkindən    8,0  faiz  çoxdur.

-  Kənd  təsərrüfatı  məhsullarının həcmi 9,3  faiz; 

-  Sənaye məhsulunun həcmi 19,5 faiz;

-   Pərakəndə  əmtəə  dövriyyəsi  13,0 faiz,

-   Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 46,3  faiz artmışdır.

Əhalinin məşğulluğu yenə də diqqət mərkəzində saxlanılmış və sahibkarlara yaradılan münbit şəraitin nəticəsidir ki, hesabat dövründə 548-i daimi olmaqla 608  yeni iş yeri yaradılmışdır.

Yaradılmış yeni iş yerlərindən 245-i Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 104 layihə üzrə verdiyi 1352,2 min manat güzəştli kreditin hesabınadır.

Hesabat dövründə rayonda geniş tikinti-quruculuq işləri aparılmışdır.

9 ay ərzində inşasına keçən il başladığımız,  hər biri 100 yerlik iki körpələr evi-uşaq bağçasında işlər tam başa çatdırılmış, hər iki bağça bütün lazımi inventar və avadanlıqlarla təmin olunaraq, istifadəyə tam hazır vəziyyətə gətirilmişdir.

 Şəhərin Heydər Əliyev prospektində,  Kür, Qələbə, Elçin Məmmədov, İsrafil Məmmədov, Məhəmməd Əsədov  küçələrində  yenidənqurma işləri aparılmışdır.

3 saylı şəhər uşaq bağçasının həyətində bir sıra tikinti, abadlıq işləri görülmüşdür.

Ziyadlı kəndində tibb məntəqəsinin yeni binası istifadəyə verilmiş, Qovlarsarı tibb məntəqəsində işlər  başa çatmaq üzrədir. Kənddə yeni mini stadion istifadəyə verilmiş, məktəbin idman zalı müasir avadanlıqlarla təmin olunmuşdur.

Rayon Telekommunikasiya Qovşağının inzibati və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Samux Rayon İdarəsinin  inzibati - laboratoriya  binasının tikintisində son tamamlama işləri aparılır.

Rayon iqtisadiyyatının inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayacaq  Sarıqamış kəndi ərazisində yaradılan iribuynuzlu mal-qara üçün nəzərdə tutulmuş “Boz dağ” heyvandarlıq kompleksinin və  “Aqroenerji” kompleksinin  tikintisində işlər davam etdirilir. Heyvandarlıq kompleksində saxlanılan cins mal-qaranın baş sayı  hazırda 2700 başa çatdırılmışdır. Hər gün 5000 litir süd istehsal olunur.

Burunqovaq kəndində kəndin bir hissəsinin, əkin və örüş sahələrini mütamadi subasmalarının qarşısının alınması məqsədi ilə 1,1 km uzunluğunda yeni kanal çəkilərək  Qabırrı çayının  istiqaməti dəyişdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalara 2014-cü ildən start verilmişdir.

2014-cü ilin avqust ayında rayonumuzun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri bu tur-aksiyaya cəlb edilmiş, 45 nəfərdən ibarət heyətdə Quba -Xaçmaz-Qusar rayonlarına səfər etmişlər.

2015-ci ilin mart ayında rayon məktəbliləri iki qrupda  Naxçıvan Muxtar Respublikasından olmuşdur.

Səfərlərdə iştirak etmiş şagirdlər olduqlar bölgələrlin tarixi, adət-ənənələri, görməli yerləri ilə bağlı təəssüratlarını şagird yoladaşları ilə bölüşmüşlər. Bu isə öz növbəsində şagirdərin ölkəmiz haqqında daha geniş biliyə malik olmasına imkan yaradır.

 “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti səfərlərinə  şagirdlər arasından  daha inteelktul biliyə malik, rayonumuzun tarixini daha yaxşı bilən şagirdlər cəlb edilməlidir.

Qeyd etməliyəm ki, görülmüş işlərlə yanaşı qarşımızda görüləcək işlər də vardır:

- ilk növbədə hesabatda qeyd edilən tikinti - quruculuq işlərinin  qısa müddətdə başa çatdırılmasıdır;

- bununla bərabər Samux şəhər - Füzuli - Lək - Əlibayramlı - Qarabağlar - Çobanabdallı – Samux şəhər  avtomobil yolunun  qalan hissəsinin və Gəncə çayı üzərində körpünün tikintisinin   həyata keçirilməsidir;

- şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də  əsas hədəflərimizdəndir və bu sahədə müvafiq işlər aparılır;

- rayon mərkəzinin və ətraf yaşayış məntəqələrinin kanalizasiya və mərkəzləşdirilmiş içməli su sisteminin qurulmasının reallaşması istiqamətində də işlər aparılır;

- Qarabağ müharibəsi əliləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir;

- qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi və  əhalinin məşğulluğunun tam təmin olunması üçün   yeni  istehsal  və  emal  müəssisələrinin yaradılmasını təmin etməkdən ibarətdir.

Ölkə başçısı tərəfindən 2015-ci ilin “ Kənd təsərrüfatı  ili”  elan edilməsi də qarşımızda yeni vəzifələr qoyur. Rayonda 5000 hektar sahədə toxumçuluq və heyvandarlıq kompleksinin  yaradılması istiqamətində işlər aparılır.

Keçidlər