“20 oktyabr - Ümumdünya Statistika Günü” münasibətilə Samux rayonunda tədbir keçirildi.
19 oktyabr 2015-ci ildə Samux Rayon Statistika İdarəsində “ Ümumdünya Statistika Günü “-nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək, statistik məlumatların əhəmiyyətindən , Samux Rayon Statistika İdarəsinin işindən danışmış, idarənin rəisi Gündüz Bayramovu Azərbaycan Respublikasının Prezidenti tərəfində Dövlət Qulluğunda fərqlənmə medalı ilə təltif olunması və idarənin bütün işçilərini bayram münasibətilə təbrik etmişdir.
Samux Rayon Statistika İdarəsinin rəisi Gündüz Bayramov statistikanın tarixindən, rolundan və görülən işlər barədə geniş məruzə ilə çıxış etdi .
İdarənin sektor müdiri Çingiz Əliyev çıxış edərək kənd təsərrüfatı statistika haqqında məlumat vermişdir.
Aparıcı məsləhətçi Zülfüqar Məhərrəmov çıxış edərək,cəmiyyətdə statistikanın rolu və əhəmiyyəti haqqında danışdı.
Samux rayon Sərkar kənd bələdiyyəsinin sədri Şəmistan Yusifov rayon statistika idarəsinin işçiləri ilə əməkdaşlıqdan söhbət açdı.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev idarənin rəis müavini Allahverdi Məmmədovu və aparıcı məsləhətçi Zülfiqar Məhərrəmovu vəzifə öhdəliklərini layiqincə yerinə yetirdiyinə, statistika sistemində uzun müddətli səmərəli əmək fəaliyyətinə və rayonun ictimai- siyasi tədbnirlərində fəal iştirakına görə Samux Rayon İcra Hakimiyyətinin “ Fəxri Fərmanı “ –ı ilə təltif etdi.