Samuxda 18 oktyabr Müstəqillik günü münasibəti ilə yarış keçirildi.
Samuxda 18 oktyabr Müstəqillik günü münasibəti ilə 18 oktyabr 2015-ci il tarixdə Uşaq Gənclər İdman Məktəbinin idman zalında sərbəst güləş üzrə uşaq və yeniyetmələr arasında Samux rayon açıq döşək birinciliyi keçirildi. Samux, Şəmkir, Mingəçevir və Gəncənin 2 komandasının iştirak etdiyi ümumilikdə 100-dən artıq idmançı birincilik uğurunda mübarizə apardılar.
Baş hakimin qərarına əsasən 20 kq çəkidə Muradov İsgəndər (Şəmkir), 23 kq çəkidə Həsənov Zirəddin (Samux), 26kq çəkidə Vəliyev Yusif (Şəmkir), 29 kq çəkidə Hacıyev Rauf (Gəncə), 32 kq çəkidə Mansurov Elmar (Şəmkir), 35 kq çəkidə Verdiyev Ayxan (Gəncə), 38 kq çəkidə Hüseynov Toğrul (Gəncə), 42 kq çəkidə Məmmədov Vasif (Şəmkir), 46 kq çəkidə Yusifzadə Samir (Gəncə), 50 kq çəkidə Şükürov Sənan (Gəncə), 54 kq çəkidə Həsənpurlu Kənan (Gəncə), 63 kq çəkidə Talıblı Ələkbər (Mingəçevir), 63+ kq çəkidə isə Məmmədov Tofiq (Samux) qalib gələrək idarə tərəfindən diplom və medal ilə təltif olunmuşdur.