İrəvan Dövlət Azərbaycan Dram Teatrı Samuxda “Qalx ayağa Azərbaycan!” tamaşası ilə çıxış edib
16 oktyabr 2015 | 15:00
İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Samux rayonunda “Qalx ayağa Azərbaycan” tamaşası ilə çıxış ediblər. Əsər 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə nümayiş olunub.
Teatrın direktoru, əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevin qələmə aldığı bu səhnə əsərində Azərbaycan xalqının milli dirçəlişə, milli şüurunun oyanmasına, dövlət müstəqilliyini əldə etməsinədək keçdiyi keşməkeşli tarixdən bəhs olunub, üzləşdiyi soyqırımılar obrazların dili ilə canlandırılıb. Əsərdə inkişafa və dirçəlişə gedən yolun məhz milli birlikdən keçdiyi vurğulanıb.