Şriftin ölçüsü :

Saytın rəngi :

“31-dekabr dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” bayramı ilə əlaqədar təşkil olunmuş bayram şənliyi

28 dekabr 2012 | 16:00

26 dekabr 2012-ci il tarixdə rayonun “Şahazadə” istirahət mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə şənlik keçirilmişdir.
Şənlikdə Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev və İcra Hakimiyyəti aparatının məsul işçiləri, həmçinin əlaqədar idarə və təşkilatların rəhbərləri iştirak edirdilər..
Samux rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev şənliyə dəvət olunmuş Qarabağ müharibəsi Əlillərinin, şəhid ailələrinin, aztəminatlı ailələrin və sağlamlıq imkanları məhdud olan 4-14 yaşlı 200 nəfər uşağı bayram münasibətilə təbrik etdi.
Cənab Alı Qocayev VIII Ümumrespublika əlillərin əl işlərinə baxış müsabiqəsinin iştirakçısı və müsabiqədə xüsusi yer tutmuş I qrup əlil Bədəlov İlqar Covdar oğluna pul mükafatı təqdim etdi.
Bayram şənliyi şaxta baba, qar qız , şən klounların iştirakı, və şən viktorinalarla bayram süfrəsi arxasında davam etdirildi.
Bayram şənliyinin sonunda uşaqlara bayram hədiyyələri təqdim edildi.
Bayramla bağlı silsilə tədbirlər davam etdirilir.
 

Keçidlər