Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Elektrik Şəbəkəsi qış mövsümünə hazırlıq çərçivəsində nəzərdə tutulan tədbirləri uğurla yerinə yetirib. Müxtəlif ölçülü 170 beton və 300 metal dayaq dəyişdirilib.

14 oktyabr 2015 | 15:00

Samux Elektrik Şəbəkəsi qış mövsümünə hazırlıq çərçivəsində nəzərdə tutulan tədbirləri uğurla yerinə yetirib. Müxtəlif ölçülü 170 beton və 300 metal dayaq dəyişdirilib. 50 kilometr uzunluğunda elektrik xətti təmir edilib. 8 kilometrlik naqil yenilənib. Bununla yanaşı, Samux şəhərində naqillərin sip kabellərlə əvəz olunması uğurla davam etdirilir. İlin sonuna qədər rayonun yeni salınan yaşayış massivlərində smartkart tipli elektron sayğaclar quraşdırılacaq. Samux Elektrik Şəbəkəsi 12500 abonentə xidmət göstərir.
Artıq rayon mərkəzində 15 kilometr sip kabel çəkilib. 21 yeni transformatorun quraşdırılması davam etdirilir. Artıq 4 transformator istismara hazırdır. Görülən bu işlər qış mövsümündə əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.

Keçidlər