Samuxda 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olundu
Bu gün Samux Rayon İcra Hakimiyyətinin akt zalında 18 oktyabr- Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirildi.
Tədbiri giriş nitqi ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev açdı. Qeyd olundu ki, Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Bir sözlə əgər müstəqillik Azərbaycan suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə Azərbaycanın müstəqilliyi əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.
Daha sonra tədbirdə geniş məruzələrlə çıxış edənlər: YAP Samux rayon təşkilatının sədri, rayon Təhsil Şöbəsinin metodisti Nərgiz Bədəlova qeyd etdilər ki, Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi.
Rayonun bir sıra ziyalılarını fəxri fərman və hədiyyələr tədim edildikdən sonra tədbirin bədi hissəsi İrəvan Teatrının təşkil etdiyi bədii kompozisiyalar əsasında davam etdirildi.