Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun İnstitut qəsəbəsində səyyari görüşü keçirilmişdir.

13 oktyabr 2015 | 15:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun İnstitut  qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə İnstitut  qəsəbə  inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə  görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Həsənova Alvina İlyas qızı çıxış edərək həyətyanı torpaq sahəsinin sənədləşdirilməsinə köməklik  edilməsini     xahiş etdi.
2. Aşurova İntizar Seydi qızı öz çıxışında  xəstə uşağına ev şəraitində keçirilən dərsin daimi nəzarətdə saxlanılmasını xahiş etdi.
3. Məhərrəmzadə Vasif Maarif oğlu  kanalizasiya xəttinin cari təmiri     təklifini irəli sürdü.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev  qəsəbə   sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər