Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Kürqırağı kəndləri qazlaşdırılır

12 oktyabr 2015 | 15:00

Dövlət proqramına uyğun olaraq Samux rayonunun Kürqırağı kəndlərinin qazlaşması prosesi davam etdirilir. Bir müddətdir ki, işlərin son mərhələdə olması mavi yanacağın kəndlərə tezkliklə veriləcəyindən xəbər verir. Bu ilin əvvəlindən start götürən işlər hazırda rayonun ən böyük yaşayış massivlərindən biri olan Qirmızı Samux qəsəbəsində həyata keçirilir. Podratçı şirkət tərəfindən hazırda küçələrdə müxtəlif diametirli daşıyıcı qaz xəttlərini çəkilməsi, boruların rənglənməsi ilə yanaşı sayğacların quraşdırılması da həyata keçirilir.
Layihəyə əsasən Lüksemburq kəndində qazlaşma tam yekunlaşıb. Yenikənd kəndində isə mənzillərə sayğacların quraşdırılması işləri həyata keçirilir. Qırmızı Samux qəsəbəsində işlərin 50% həyata keçirilib. İşlər tam yekunlaşdıqdan sonra əhalini yaxın günlərdə mavi yanacaqla təmin ediləcək. Sovet dönəmindən bəri mavi yanacaq sarıdan əziyyət çəkən Qırımızı Samux, Lüksemburq və Yenikənd kəndlərinin 700-ə yaxın abonentə hava şəraiti imkan versə. gələn ay mavi yanacağın verilməsi həyata kçeiriləcək.

Keçidlər