Şriftin ölçüsü :

Saytın rəngi :

“Sənin səsin - sənin gələcəyin” devizi adı altında

06 oktyabr 2015 | 15:00

İlk dəfə səsverən  Samux Rayon Qarayeri qəsəbə gəncləri ilə maarifləndirici görüş keçirilmişdir.
06 oktyabr 2015-ci il tarixdə Samux rayon Qarayeri qəsəbəsində  “Sənin səsin -sənin gələcəyin” devizi altında maarifləndirici seminar keçirildi. 22 gəncin iştirakı təmin olunmuş bu seminarda rayon Ağsaqqallar Şurasının üzvü, rayonun şairi, 102 saylı Samux – Şəmkir seçki darəsinin komisiyasının üzvü Gəray Bayramov ilk dəfə səs verən gənclərə seçkinin vaxtı və nece keçiriləcəyi haqqında geniş məlumat verdi. Samux Rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev öz çıxışında Azərbaycan gəncliyinin  artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilni vurğuladı və  Prezidentimizin gənclərə göstərdiyi diqqət və qayğıdan soz açdı.
Seminarda gəncləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər