Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda müəllimlər günü qeyd edildi

05 oktyabr 2015 | 15:00

5 Oktyabr”  1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək  Təşkilatının  birgə  təşkilatçılığı ilə çağrılan konfransda  müəllimlərin  peşə fəaliyyətinin  şərtlərini  təyin edən “Müəllimlərin statusu haqqında” adlı  ilk  beynəlxalq  sənəd imzalanmışdır.  1994-cü ildən isə həmin tarix YUNESKO  tərəfindən  Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir.
          Bu bayram ənənəvi olaraq, hər il ökləmizdə qeyd olunur. Həmçinində Samux rayonunuda da “5 Oktyabr” Müəllimlərin Peşə bayramı ilə əlaqədar tədbir keçirilmişdir.
         Tədbirdə Samux rayon Təhsil işçiləri, 35 ümumtəhsil məktəblərin qabaqcıl müəllim və direktorları və 5 məktəbdənkənar müəssisələrin işçiləri   iştirak etmişdir.  tədbirdə fərqlənən qabaqcıl müəllimlər qiymətli hədiyyə ilə   mükafatlandırıldılar.

Keçidlər