Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Sərkar kəndində səyyari görüşü keçirilmişdir.

02 oktyabr 2015 | 15:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Sərkar  kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra Hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Sərkar  kənd    inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi əvəzi kənd  barədə iclas iştirakçılarına geniş məlumat verdi.  Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar və təkliflər oldu:
1. Hüseynov Atakişi Səfər oğlu çıxış edərək i çməli su xəttinin çəkilməsinə köməklik edilməsini  xahiş etdi.
2. Rəhimov Elçin Bəndər oğlu öz çıxışında  içməli su üçün istifadə olunan subartezianının elektrik sayğaçının yenisi ilə əvəz edilməsini    xahiş etdi.
3. İbrahimov Ədalət  İsrafil oğlu küçədən keçən təbii qaz xəttinin səliqə ilə bərpa edilməsi    təklifini irəli sürdü.
Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi

Keçidlər